Ezonn Xəbər

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı - YENİLƏNİB

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı - YENİLƏNİB
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakıda, Azərbaycan Tibb Universitetinin (ATU) 17 yaşlı tələbəsi Elvira Eyyubovanın yataqxanada meyiti aşkar edilib. Hadisə, noyabrın 14-də baş verib və müvafiq çağırışa əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi hadisə yerinə göndərilib. TƏBİB-in verdiyi məlumata görə, saat 15:00 radələrində tecili tibbi yardım briqadası tərəfindən Eyyubovanın həkiməqədər ölü olduğu qeydə alınıb. Hadisənin baş verdiyi yer, Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən universitet yataqxanasıdır. İlkin məlumata görə, tələbənin meyitini birlikdə yaşadığı bacısı tapıb. Eyyubovanın hamam otağında buxardan boğularaq həyatını itirdiyi bildirilir. Bu fakt hələlik müvafiq orqanlar tərəfindən təsdiq edilməyib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Məlumat üçün qeyd edək ki, Elvira Eyyubova ATU-nun Müalicə-profilaktika fakültəsinin birinci kurs tələbəsi idi.