Ezonn Xəbər

Pakistanda xüsusi əməliyyatlar zamanı 24 yaraqlı məhv edilib

Pakistanda xüsusi əməliyyatlar zamanı 24 yaraqlı məhv edilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Pakistanın Bəlucistan vilayətində və Xayber-Paxtunxvanın Şimali Vəziristan dairəsində aparılan xüsusi antiterror əməliyyatları nəticəsində 24 yaraqlı məhv edilib. Bu barədə Pakistanın İdarələrarası Xidmətlərin İctimaiyyətlə Əlaqələr İdarəsindən (ISPR) məlumat verilib. Əməliyyatlar zamanı dörd hərbi qulluqçunun həlak olduğu bildirilir. Antiterror əməliyyatları noyabrın 13-dən etibarən Bəlucistanın Kolpur, Kirdqap və Nuşki rayonlarında reallaşmışdır. Noyabrın 14-nə keçən gecə Kolpurda təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı aralarında bir kamikadze-terrorçunun da olduğu səkkiz yaraqlı öldürülüb. Eyni zamanda, silah və sursatdan ibarət böyük gizli saxlanc yeri aşkar edilib. Şimali Vəziristanda isə daha 16 yaraqlı zərərsizləşdirilib. ISPR-in verdiyi məlumata görə, bu əməliyyatlar Mir-Əli, Datta-Xel və Əli-Xel rayonlarında baş tutmuşdur. "Əzm-i-İstehkam" adlandırılan antiterror kampaniyası çərçivəsində ərazilərin tamamilə təhlükəsiz hala gətirilməsi üçün əməliyyatların davam etdiriləcəyi bildirilib. Qeyd edək ki, bu cür əməliyyatlar bölgədəki təhlükəsizliyin təmin edilməsi məqsədini güdür.