Ezonn Xəbər

Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika

Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Bakının Ağ Şəhər ərazisində, Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək tunelin tikintisi dayanıb. Hazırda bu sahədə nə işçi, nə də tikinti texnikası mövcuddur. Bu sahəyə aparılan baxış zamanı tikinti üçün nəzərdə tutulan materialların toplandığı, lakin işçi qüvvəsinin olmaması diqqət çəkir. Sürücülər bildirirlər ki, tunelin inşasının uzanması ərazidəki nəqliyyat yükünü artırır. Onlar layihənin tamamlanmasının, yalnız sözügedən küçələrdən istifadə edənlər üçün deyil, həm də ətraf ərazilərdə nəqliyyatın təşkilində vacib olduğunu vurğulayırlar. Qeyd edək ki, tunelin inşası 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində planlaşdırılan layihələrdən biridir. Bu səbəbdən, işlərin hansı mərhələdə olduğu və nə vaxt bərpa ediləcəyi ilə bağlı suallar yaranır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb. Qurum, qeyri-iş günü olduğu üçün detallı məlumatın iş həftəsi ərzində veriləcəyini bildirib.