Ezonn Xəbər

ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər

ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın Avropadakı hərbi kontingentinin ixtisarı əvvəldən proqnozlaşdırılandan daha məhdud miqyasda gerçəkləşə bilər. “Bloomberg” agentliyinin mənbələrinə istinadən, Avropa ölkələri Vaşinqtonun qitədən 25 min hərbçisini çıxaracağı ilə bağlı narahatlıqlarını ifadə etsələr də, hazırda bu rəqəmin təxminən 5 min civarında olacağı gözlənilir. Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşdiyi bildirilir. Agentliyin verdiyi məlumata əsasən, ixtisarın miqyasının azaldılması NATO-nun üzvü olan Avropa ölkələrinin müdafiə xərclərini artırması ilə əlaqədar baş verir. Bu dəyişiklik ABŞ-ın müdafiə naziri Pit Heqset tərəfindən müsbət qarşılanıb. Pentaqon rəhbərliyi, İranla olan münaqişə konteksində, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun əhəmiyyətini vurğulayıb. Xüsusilə, İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı ABŞ Avropadakı bazalarından və müttəfiq ölkələrin hava məkanından istifadə edəcəkdir. Hərbi kontingentin ixtisarının əsasən Almaniyaya təsir edəcəyi, NATO-nun şərq cinahının isə gücləndiriləcəyi qeyd olunub. ABŞ-ın müdafiə naziri Heqsetin dekabrın 1-dək Prezident Donald Trampa bu məsələ ilə bağlı yekun tövsiyələrini təqdim etməsi gözlənilir.