Ezonn Xəbər

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirdi - FOTOLAR

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirdi - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüş zamanı IDEA İctimai Birliyi ilə ICESCO arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Müzakirələrdə azərbaycanlı gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahələrində beynəlxalq təcrübə qazanmasına yönəlmiş yeni imkanların yaradılması məsələsinə diqqət çəkilib. Eyni zamanda, məktəblərdə ekoloji təhsilin təşviqi, yaşıllaşdırma, tullantıların çeşidlənməsi və suya qənaət istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə edilib. Görüşdə gənclərin iştirakı ilə beynəlxalq ekoloji yay düşərgələrinin təşkili və biomüxtəlifliyi mühafizə edən maarifləndirmə layihələrinin icrası imkanları da nəzərdən keçirilib. Hava çirklənməsi, tullantıların idarə olunması və su ehtiyatlarının qorunması istiqamətində innovativ həllərin hazırlanmasına yönəlmiş birgə fəaliyyətlərin perspektivləri müzakirə olunub. Leyla Əliyeva, həmçinin “Blue Marine” Fondunun global eksperti Maks Bello və “Great Whale Conservancy” təşkilatının təsisçisi Maykl Fişbax ilə həm bir görüş keçirərək, Xəzər dənizinin səviyyəsinin azalmasının ekosistemə təsirlərini müzakirə edib. Bu görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Görüş zamanı Azərbaycanda mühafizə olunan dəniz ərazilərinin genişləndirilməsi və Xəzər suitilərinin qorunması kimi önəmli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Eyni zamanda, COP31 çərçivəsində Tonqanın Baş naziri Lord Fatafehi Fakafanuan Azərbaycan pavilyonunu ziyarət edib və təqdim olunan layihələr barəsində məlumat alıb.