Ezonn Xəbər

Boşandıqdan 10 il sonra yenidən evləndilər

Boşandıqdan 10 il sonra yenidən evləndilər
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Türkiyəli müğənni Zeynep Casalini, 2016-cı ildən sonra boşandığı restoran sahibi Tahsin Berk ilə yenidən nikah masasına oturub. İkinci dəfə ailə quran cütlük, 10 il əvvəl başa çatan evliliklərini rəsmi olaraq bərpa edib. Noyabrın 13-də Bodrumda keçirilən nikah mərasimi sadə bir şəkildə baş tutub. Bu mərasimdə cütlünün qızı Dafne də iştirak edib və nikah üzüklərini taxmaqla anasına və atasına dəstək olub. Zeynep və Tahsin, ilk dəfə 2010-cu ildə ailə qurublar. Onların ilk övladı, 2011-ci ildə dünyaya gələn Dafne adına sahibdir. Cütlük, 2016-cı ildən etibarən yola ayrı gedərək boşanma qərarı almışdılar. Lakin ayrılıqdan bir il sonra Yenidən bir araya gələrək birlikdə yaşamağa davam ediblər. İkinci dəfə evlənmələri, cütlüyün bir-birinə duyduğu sevginin və övladları Dafne ilə bağlılıqlarının davam etdiyini göstərir. Nikahlarının bərpası, çoxdan bəri gözlənilən bir hadisə oldu və ailələrinin birlikdəki yeni bir mərhələsinə adım atdılar.