Almaniyada Microsoft sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Almaniyanın qərbində yerləşən Brül şəhərində istirahət və əyləncə parkında baş verən hadisədə 15 nəfər xlorla zəhərlənib. Hadisənin səbəbi Microsoft-un sistemindəki nasazlığa bağlı olduğu bildirilib.
Məlumata görə, zəhərlənməyə səbəb parkda yerləşən otelin hovuzunda xlor sızması olub. İlkin araşdırmalar zamanı qüvvədə olan sistemin texniki nasazlığı səbəbindən baş verdiyi müəyyən edilib.
Yerli məlumatlara görə, hovuzun xlor tənzimləmə sistemi, normadan artıq xlor miqdarını aşkar etdikdə elektron poçt vasitəsilə xəbərdarlıq göndərməlidir. Lakin bu xəbərdarlıq Microsoft Outlook proqramı vasitəsilə baş verdiyinə görə sistem öz vaxtında işə düşməyib.
Hadisdən sonra zəhərlənən şəxslərin tibbi yardıma ehtiyacı olduğu vurğulanıb. Yerli səhiyyə orqanları zəhərlənmənin daha da irəliləməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirir. Həmçinin, sistemin tam bərpası üçün araşdırmalar davam etdirilir.