Ezonn Xəbər

Yeni vergilər gəlir - Hansı məhsullar bahalaşacaq?

Yeni vergilər gəlir - Hansı məhsullar bahalaşacaq?
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda 2027-ci ildən çips və şirinləşdirilmiş qazlı içkilərə aksiz vergisinin tətbiqi planlaşdırılır. Bu qərar, Dövlət Vergi Xidmətinin (DVX) 2027-ci ilin büdcə-vergi siyasətinə dair təqdimatında öz əksini tapıb. Qeyd edilir ki, yeni aksizlərin tətbiqi zərərli məhsulların istehlakını azaltmağa və dövlət büdcəsinin gəlirlərini artırmağa yönələcək. Təklifə uyğun olaraq, yerli istehsal olunan çips üçün hər kiloqrama 1 manat, şirinləşdirilmiş mineral və qazlı içkilər üçün isə hər litrə 10 qəpik aksiz vergisi alınacaq. Bu, 100 qramlıq çips üçün 10 qəpik, bir litrlik içki üçün isə 10 qəpik əlavə yük deməkdir. DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, noyabrın 6-da Milli Məclisdə çıxışı zamanı vurğulayıb ki, əhalinin sağlamlığının qorunması əsas məqsəd deyil. O, çips və şirinləşdirilmiş içkilərin zərərli məhsullar kateqoriyasına daxil olmasına baxmayaraq, əsas məqsədin beynəlxalq vergi siyasətinin Azərbaycanda tətbiqi olduğunu bildirib. İmanov, bu cür məhsulların aksizli mallar kateqoriyasına daxil edilməsinin dünya praktikasında da geniş yayıldığını vurğulayıb. İqtisadçı Natiq Cəfərli, bu yeni rüsumun qiymət artımına təsir edəcəyini bildirib. Onun sözlərinə görə, aksiz vergisinin tətbiqi nəticəsində çips paketləri 15-20 qəpik artacaq. Eyni zamanda, şirinləşdirilmiş qazlı içkilərin qiymətində də artım gözlənilir. Beləliklə, yeni ildən etibarən çips və şirinləşdirilmiş qazlı içkilərin qiyməti daha da bahalaşacaq.