Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Həbsdə olan keçmiş deputat və iş adamı Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva, Azərbaycan hökumətinə qarşı təqdim etdikləri şikayət ərizələrini geri götürdüklərini bildirib. Bu barədə o, Pravda.az-a verdiyi müsahibədə məlumat verib.
Zeynəb Abdullayeva vurğulayıb ki, son qərarlarını Hüseyn Abdullayevlə birlikdə qəbul ediblər. O, dövlət və dövlətçilik üçün çalışdığını qeyd edərək, cənab Prezident İlham Əliyevdən kömək istədiklərini açıqlayıb: “Bəli, ərizəmizi geri götürmüşük. Artıq belə qərara gəldik ki, cənab Prezidentimizdən, dövlətimizdən bizə kömək göstərməsini xahiş edək.”
Ana, onu da əlavə edib ki, hər bir insanın səhv edə biləcəyini bildirib, Hüseyin Abdullayevin cənab Prezidentdən üzr istədiyini vurğulayıb. Zeynəb Abdullayeva, yaşlı bir ana olaraq İlham Əliyevdən kömək istədiyini və onun xahişini geri çevirməyəcəyinə inandığını bildirib.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 12 noyabr 2026-cı il tarixində Hüseyin Abdullayev və anası Zeynəb Abdullayevanın şikayətlərini geri götürməsi ilə əlaqədar qərar qəbul edib. Məhkəmə onların “Abdullayev və Abdullayeva Azərbaycana qarşı” işi ilə bağlı müraciətlərini siyahıdan çıxarıb. AİHM-ə 14 aprel 2021-ci ildə müraciət edən ərizəçilər, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, mülkiyyət hüququ və Konvensiyanın 18-ci maddəsinin pozulması ilə bağlı iddialar irəli sürmüşdülər.