Ezonn Xəbər

Kapitan Şəmistan Həsənov vəfat etdi

Kapitan Şəmistan Həsənov vəfat etdi
Ezonn TV «News24.az» mənbəsinə istinadən xəbər verir. «Azərbaycanın tanınmış dənizçisi, kapitan Şəmistan Həsənov 92 yaşında vəfat edib.Bu barədə News24.az-a onun qohumları məlumat verib.Qeyd edək ki, Şəmistan Həsənov 1934-cü ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Gözəldərə kəndində anadan olub. Yeniyetmə yaşlarından dənizçiliklə məşğul olub və ocaqçı vəzifəsindən kapitanlığa qədər yüksəlib.O, “Berdı Kerbabayev”, “Aşıq Ələsgər” və digər gəmilərin kapitanı olub.»