Ezonn Xəbər

Yeni koronavirus ştammı ilə bağlı həyəcan: PJ.2.1 əlamətləri araşdırılır

Yeni koronavirus ştammı ilə bağlı həyəcan: PJ.2.1 əlamətləri araşdırılır
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Dünyada yeni PJ.2.1 koronavirus variantının yayılması ilə bağlı narahatlıq artır. Bu ştamm, ABŞ, Kanada və bir sıra Avropa ölkələrində infeksiyaya yoluxma hallarını artırdığına dair məlumatlar var. Mütəxəssislər bildirir ki, PJ.2.1-in yaratdığı əlamətlər adi soyuqdəymə və mövsümi qriplə eynilik təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən, təşkilat 2026-cı ilin dekabrında Covid-19 peyvəndlərinin antigen tərkibinə yenidən baxmağı planlaşdırır. Bu səbəbdən alimlər və peyvənd istehsalçıları yeni SARS-CoV-2 ştamları ilə bağlı laboratoriya və epidemioloji məlumatları təqdim etməyə çağırılır. PJ.2.1, XFG ştamı, ST.1 və SW.2.1 alt xətləri ilə yanaşı, LP.8.1 variantının da nəzərə alınması tövsiyə olunur. PJ.2.1-in spesifik əlamətləri hələ ki, dəqiq müəyyən edilməyib. Müxtəlif mütəxəssislərin fikrincə, bu ştammı digər koronavirus variantlarından ayırmaq üçün yalnız əlamətlərdən istifadə etmək mümkün deyil. Xəstəliyin əsas əlamətləri arasında hərarət, üşütmə, öskürək, boğaz ağrısı, burun axması, baş ağrısı, əzələ ağrıları və güclü yorğunluq vardır. Hazırkı klinik məlumatlar PJ.2.1-in əvvəlki variantlarla müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu təsdiqləmir. Virusoloqlar bu ştammın genetik xüsusiyyətlərini, yayılma sürətini və peyvənddən sonra yaranan immun müdafiədən yayınma imkanını araşdırmağa davam edirlər. ÜST, PJ.2.1 ilə bağlı məlumatların peyvəndlərin effektivliyini qiymətləndirmək məqsədilə təqdim edilməsinin vacibliyini vurğulayıb.