Rusiyadakı gizli toplantı ifşa oldu - Putindən Zelenski üçün ölüm qərarı

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Rusiya mətbuatında Vladimir Putinin sədrliyi ilə təşkil olunan gizli Təhlükəsizlik Şurası iclasında Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlarının hədəfə alınmasına dair qeyri-rəsmi məhdudiyyətlərin ləğv edildiyi iddia olunub. Bu məlumatların doğruluğu ilə bağlı Kreml hələlik rəsmi açıqlama verməyib.
"Moskovski Komsomolets" və "Bloknot" nəşrlərinə istinadən yayılan xəbərlərə görə, noyabrın 12-də baş tutan bu qapalı iclasda Rusiyanın neft ixracı infrastrukturuna, xüsusilə Baltik dənizinin Ust-Luqa limanına qarşı Ukraynanın həyata keçirdiyi hücumlar müzakirə edilib. İddialara əsasən, Rusiyanın təhlükəsizlik rəsmiləri Ukraynanın hərbi və siyasi rəhbərliyinə qarşı daha sərt əməliyatların keçirilməsini, o cümlədən hücum əmrləri verən şəxslərin hədəfə alınmasını təklif ediblər.
Müzakirələrdə Zelenski ilə yanaşı, Ukrayna Baş Qərargahının yüksək rütbəli hərbçilərinin də mümkün hədəflər arasında olduğu bildirilib. Həmçinin, bunker və avtomobil karvanlarına zərbələrin endirilməsi, FAB-3000 bombalarından və “İsgəndər” ballistik raketlərindən istifadə imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulub. Rusiya mətbuatının verdiyi məlumata görə, Leninqrad vilayətində hava hücumundan müdafiə sistemlərinə 24 milyard rubldan (təxminən 300 milyon dollar) çox vəsait sərf edilib.
Baxmayaraq ki, bu maliyyə sərfiyyatına rəğmən, Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumlarının qarşısını tam şəkildə almaq mümkün olmayıb. Həmçinin, Zelenskiyə qarşı əvvəllər baş vermiş sui-qəsd cəhdləri və tərəflər arasında guya mövcud olmuş qeyri-rəsmi razılaşma ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.