Ezonn Xəbər

Yuxu rejiminin pozulması depressiya ilə əlaqəlidir

Yuxu rejiminin pozulması depressiya ilə əlaqəlidir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Amerikalı tədqiqatçılar, yuxu rejiminin pozulmasının depressiya, narahatlıq və tənhalıqla bağlı olduğunu aşkar ediblər. Bu nəticələr, San-Fransisko və San-Dieqo Kaliforniya Universitetlərinin tədqiqatçıları tərəfindən, 23 min ağıllı üzük istifadəçisinin məlumatlarının təhlilindən sonra əldə edilib. Araşdırma nəticələri "Scientific Reports" jurnalında dərc olunub. TemPredict adlanan tədqiqatda 22,894 iştirakçı yer alıb, onların orta yaşı 46-dır. İştirakçıların 43,5 faizi qadınlardan ibarətdir. İştirakçılar yuxuya getmə və oyanma vaxtlarını Oura ağıllı üzüyü vasitəsilə izləyiblər ki, bu da ürək döyüntüsü, hərəkət və barmaq temperaturu ilə əlaqəlidir. Tədqiqatçılar, iştirakçılar üçün yuxu rejiminin müntəzəmlik indeksini hesablayıblar. Bu indeks, müxtəlif günlərdə yuxu rejiminin nə dərəcədə bənzər olduğunu göstərir. İndeksin 100 olması, yuxu rejiminin tam sabit olduğunu bildirir, aşağı göstəricilər isə qeyri-müntəzəm qrafiki ifadə edir. Hər iştirakçı orta hesabla 154 gün ərzində məlumat təqdim edib. Araşdırma nəticələrinə görə, ağır depressiyaya malik olan şəxslərdə yuxu müntəzəmliyi indeksi 74,93, normal vəziyyətdə olanlar arasında isə 83,74-dir. Narahatlıq pozuntusu olanlarda indeks 78,94, olmayanlarda isə 83,67 olub. Tənhalıq hissinin yüksək olduğu iştirakçılarda göstərici 81,79, bu hissi yaşamayanlarda 83,75-dir. Tədqiqatçılar qeyd edirlər ki, yuxu müntəzəmliyi indeksinin hər beş bənd azalması, depressiya və narahatlığın daha ağır mərhələlərə düşmə riskini artırmaqdadır. Yuxunun müddətindən fərqli olaraq, onun rejimi insan tərəfindən dəyişdirilə bilər, bu məqsədlə hər gün eyni vaxtda yatıb oyanmaq təklif olunur.