Ezonn Xəbər

ABŞ-də uçuşlarda yaranan fasilələrdən sonra vəziyyət necədir?

ABŞ-də uçuşlarda yaranan fasilələrdən sonra vəziyyət necədir?
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. ABŞ-də hava nəqliyyatı sistemində yaşanan ciddi problemlər tədricən həll edilir. Uçuş cədvəllərinin bazar gününün sonunadək tam bərpa olunacağı proqnozlaşdırılır. Bu barədə "Associated Press" agentliyi ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinad edərək məlumat yayıb. FAA-nın rəhbəri Brayan Bedford jurnalistlərə açıqlama verərək, hazırda vəziyyətin ən çətin mərhələsinin geridə qaldığını vurğulayıb. Yaşanan fasilələrdən sonra uçuşların normallaşması üçün ciddi tədbirlər görülüb. Nəqliyyat naziri Şon Daffi isə meydana gələn nasazlığın, "L3Harris Technologies Inc." şirkətinin podratçısı tərəfindən aparılan işlər zamanı baş verdiyini qeyd edib. Onun sözlərinə görə, köhnə mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi prosesi zamanı sistem həddindən artıq yüklənib, bu da rabitədə fasilələrə səbəb olub. Hazırda hadisə ilə bağlı geniş araşdırma aparılır. Daffi, insidentin səbəbləri arasında podratçı şirkətin qeyri-peşəkarlığı və avadanlıqların nasazlığının da mümkün olduğunu bildirib. ABŞ Aviasiya Administrasiyası, baş verənlərdən sonra hava nəqliyyatı sisteminin təhlükəsizliyinə dair addımlar atmağa hazırlaşır.