Ezonn Xəbər

Ardanın yeni maaşı məlum oldu: Sərvət qazanacaq

Ardanın yeni maaşı məlum oldu: Sərvət qazanacaq
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İspaniyanın məşhur futbol klubu "Real Madrid", Arda Gülərin müqaviləsini uzatmaq üçün ciddi addımlar atıb. İddia olunur ki, milli ulduza 5 illik yeni müqavilə ilə illik 8 milyon avro maaş təklif edilib. Hesabatlara görə, "Real Madrid"in baş məşqçisi Joze Mourinyo, komandasındakı dörd oyunçunu "toxunulmaz" adlandırıb və onlardan biri də 21 yaşlı Arda Gülərdir. Mourinyo, rəhbərlikdən bu oyunçuların müqavilələrinin uzadılmasını tələb edib. İspan mətbuatında yayılan xəbərlərə görə, "Real" rəhbərliyi Arda Gülərin yeni müqaviləsi ilə bağlı prinsipial razılığa gəlib. Hazırda Ardanın illik maaşı 6 milyon 250 min avro təşkil edir. Yeni təkliflə isə onun maaşı 8 milyon avroya yüksələcək. Yeni müqavilə təsdiqlənərsə, Arda Gülər həftədə 153.846 avro, gündə isə 21.917 avro qazanacaq. Bu mövsüm ərzində Arda, "Real Madrid"də 14 rəsmi oyunda iştirak edərək 4 qol vurub və 7 məhsuldar ötürmə verib.