Ezonn Xəbər

Sabahdan bu binalara istilik verilməyəcək

Sabahdan bu binalara istilik verilməyəcək
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Sabahdan etibarən Bakı və ölkənin bir çox bölgəsində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən alınan məlumata görə, abonentlərin əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Ancaq bəzi ərazilərdə ödənişlərin aşağı səviyyədə olduğu müşahidə edilib. Məsələn, paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində 63,5 min manatlıq xidmətin yalnız 33,4 faizi ödənilib. Eyni zamanda, Sumqayıt şəhərində 173,7 min manatlıq xidmətin 41,6 faizi, Bərdə rayonunda 319,6 min manatlıq xidmətin 29,5 faizi, Ağcabədi rayonunda 121,3 min manatlıq xidmətin 17,5 faizi, Tərtər rayonunda 255,2 min manatlıq xidmətin 24,6 faizi və Goranboy rayonunda 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib. "Azəristiliktəchizat" ASC bildirib ki, borclu abonentlərin ödəniş etməməsi halında bəzi qazanxanaların fəaliyyəti dayandırıla bilər. Bu, istilik xidmətlərinin dayandırılmasına səbəb ola bilər. Cari istilik mövsümündə, ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin olunması planlaşdırılır. Xidmətin təqdim edildiyi iqlim şəraitinin nisbətən soyuq olduğu 18 rayonda istilik verilişi noyabrın 1-dən başlayacaq.