Həmin klublar haqda qərar verildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının apellyasiya şikayətlərinə baxaraq qərarlarını açıqlayıb. Hər iki klubun şikayətləri qismən təmin edilib.
“Alanyaspor Baku”nun U-13 komandasında oynayan Cəbrayıl Hüseynovun 3 oyunluq cəzasının 2 matça endirilməsi qərara alınıb. Futbolçu, “Step FK” ilə matçın 40-cı dəqiqəsindəki təcavüzkar davranışından dolayı qırmızı vərəqə almışdı.
Eyni zamanda, “Lion”un gənclər komandasında çıxış edən Həsən Hüseynovun 6 oyunluq cəzası və klubun 1200 manat cərimələnməsi ilə bağlı qərar ləğv edilib. Bu iş yenidən AFFA-nın İntizam Komitəsinə göndərilib. Həsən Hüseynov, “Turan Tovuz”la qarşılaşmanın 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyi üçün meydandan qovulmuşdu.
Qeyd edək ki, hər iki klub, verilən qərarlara etiraz edərək Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna sahibdir.