Sabah Azərbaycanda intensiv yağış yağacaq, güclü külək əsəcək

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Xidmətdən bildirilib ki, yarımadanın ayrı-ayrı hissələrində yağışların qısamüddətli intensivləşməsi ehtimalı var.
Səhər saatlarında yağışların tədricən kəsiləcəyi, gündüz isə əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Lakin axşam saatlarına doğru güclü şimal-qərb küləyinin mülayimləşəcəyi bildirilib.
Havanın temperaturu gecə 7-9° isti, gündüz isə 10-12° isti olacaq. Atmosfer təzyiqinin 769 mm civə sütunu təşkil edəcəyi gözlənilir. Gecə rütubət 70-80%, gündüz isə 60-65% arasında dəyişəcək.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağıntıların olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi və şimşək çaxması ehtimal edilir. Axşam saatlarında əksər rayonlarda yağıntıların tədricən kəsiləcəyi, bəzi bölgələrdə isə arabir duman olacağı xəbər verilib.
Mülayim qərb küləyinin gecə və səhər saatlarında bəzi yerlərdə güclənməsi gözlənilir. Havanın temperaturunun rayonlarda gecə 5-9° isti, gündüz isə 14-17° isti olacağı, dağlarda isə 3-7° şaxta, gündüz 0-3° şaxta şəraitinin olacağı bildirilir.