ABŞ kəşfiyyatı İranla bağlı məlumat hazırladı: Müharibə təxirə düşür

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ kəşfiyyatı, İranın silah ehtiyatlarının miqyasını 1500-dən 2500-ə qədər raketlə təxmin edir. Bu məlumat "The Wall Street Journal" tərəfindən ABŞ rəsmilərinə istinadən təqdim edilib. Məlumatda İranın raket arsenalının izlənməsindəki çətinliklərin bu təxminlərin dəqiqliyinə təsir etdiyi vurğulanıb. Bununla yanaşı, Tehran hələ də əhəmiyyətli raket ehtiyatlarına sahibdir.
Mütəxəssislərə görə, İranın raket ehtiyatlarının genişliyi, ABŞ-ın İslam Respublikasına qarşı mümkün hərbi zərbə planlarına ciddi təsir edir. İsrail rəsmiləri İranın 1500-dən artıq ballistik raketə malik olduğunu qeyd edərək, raket istehsal müəssisələrinin hədəf alınmasına baxmayaraq, İranın yeni bir münaqişəyə hazırlıq görəcəyini bildirirlər.
İsrail rəsmilərinin bildirdiyinə görə, İran hazırda raket istehsalını bərpa edir. Ötən həftə, İran yeni yeraltı raket kompleksini təqdim edərək onu "raket şəhəri" adlandırıb. Bir Qərb rəsmisi isə, ABŞ-İsrail birgə hava kampaniyası nəticəsində İranın mühafizə qüvvələrinin əhəmiyyətli dərəcədə zəiflədiyindən bəhs etsə də, onun hələ də ayda 50-yə qədər raket istehsal edə biləcəyini vurğulayıb.
Sonuncu xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp, Tehran və onun dəstək olduğu Yəmən husi üsyançılarının ABŞ-a qarşı təxribatçı fəaliyyətlərini artırmaması halında, İrana hücum etməyi düşünə biləcəyini bildirib. Bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ və İsrailin İrana mümkün hücumlarını hələ də müdafiə edir, amma bu məsələ 27 oktyabr keçiriləcək seçkilərdən sonra müzakirə olunacaq.