Ezonn Xəbər

Trampa sui-qəsd hazırlanır: Prezidentin tədbirləri təxirə salındı

Trampa sui-qəsd hazırlanır: Prezidentin tədbirləri təxirə salındı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İsrailin kəşfiyyat agentliyi “Mossad”ın təqdim etdiyi məlumatlara əsasən, İran ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksək vəzifəli üzvlərinə dronlardan istifadə edərək hücum etməyi planlaşdırır. Bu kəşfiyyat məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) göndərilib ki, bu da ABŞ-da təhlükəsizlik tədbirlərinin artmasına səbəb olub. ABŞ-da, bu məlumata cavab olaraq, Trampın ictimaiyyət qarşısında çıxışları məhdudlaşdırılıb və bəzı yüksək vəzifəli rəsmilər təhlükəsizlik səbəbi ilə evlərindən daha təhlükəsiz obyektlərə köçürülüb. “Israel Hayom” nəşri, ABŞ ilə İran arasında razılaşma ehtimalının əhəmiyyətli dərəcədə azaldığını bildirib. Bu azalma, əsasən, MKİ-nin Mossaddan aldığı məlumatlarla izah edilir. Hüquqi və təhlükəsizlik məsələləri üzrə ekspertlər hesab edirlər ki, bu məlumat, Trampın İranla danışıqlara yanaşmasını da təsir edib. Bu həftə Amerikanın “Axios” xəbər agentliyi, Mossadın kəşfiyyat direktoru Roman Qofmanın Vaşinqtonu ziyarət etdiyini və İranla münaqişəni müzakirə etdiyini təsdiqləyib. Qofman, İsrail Baş naziri Binyamin Netanyahunun Trampa İranla qarşı müharibəni bərpa etmək üçün təzyiq göstərdiyi bir mühitdə bölgədəki hərbi vəziyyəti analiz etmək məqsədilə səfərdədir. ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlamaq qərarı veriblər. İyun ayında isə iki ölkə, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edən anlaşma memorandumu imzalamışdılar. Lakin, 8 iyul gecəsi, ABŞ İranı Hörmüz boğazıyla bağlı müqavilənin şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı hücumları bərpa etdi. Bu boğaz, qlobal neft ticarətinin 25%-ni və mayeləşdirilmiş təbii qazın 20%-ni təşkil edir. Daha sonra ABŞ administrasiyası, İrana qarşı hərbi vasitələrin istifadəsini azaldaraq, sanksiyalarla onu iqtisadi cəhətdən boğma cəhdlərinə yönəlib.