İntensiv yağış yağacaq, güclü külək əsəcək

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağışların yağması gözlənilir. Yarımadanın ayrı-ayrı hissələrində yağışların intensivləşəcəyi ehtimal edilir.
Səhər saatlarında yağışların tədricən kəsiləcəyi, gün ərzində isə əsasən yağmursuz hava şəraitinin hökm sürməsi proqnozlaşdırılır. Eyni zamanda, güclü şimal-qərb küləyinin axşam saatlarına doğru mülayimləşməsi gözlənilir.
Havanın temperaturu gecə saatlarında 7-9°C, gündüz isə 10-12°C arasında olacaq. Atmosfer təzyiqinin 769 mm civə sütunu olacağı, gecə nisbi rütubətin 70-80%, gündüz isə 60-65% arasında dəyişəcəyi qeyd edilir.
Rayonlarda da bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin olacağı, dağlıq ərazilərdə isə qar yağacağı bildirilib. Eyni zamanda, ayrı-ayrı bölgələrdə yağışların intensivləşməsi və şimşək çaxması ehtimalı var.
Axşam saatlarında yağıntıların əksər rayonlarda tədricən kəsiləcəyi, bəzi yerlərdə isə arabir duman yaranacağı gözlənilir. Mülayim qərb küləyinin gecə və səhər saatlarında bəzi yerlərdə arabir güclənməsi, havanın temperaturunun gecə 5-9°C, gündüz 14-17°C olacağı və dağlarda isə 3-7°C şaxta olacağı proqnoz edilir.