Ezonn Xəbər

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Sabah Azərbaycanda intensiv yağış yağacaq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağması gözlənilir. Xidmətin verdiyi açıqlamaya əsasən, bu, qısamüddətli intensiv yağışlarla müşayiət oluna bilər. Səhər saatlarında yağışın tədricən kəsilməsi, gündüz isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Güclü şimal-qərb küləyinin axşama doğru mülayimləşəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə saatlarında 7-9° arasında, gündüz isə 10-12° arasında olacaq. Atmosfer təzyiqinin 769 mm civə sütunu səviyyəsində olacağı bildirilir. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% olacaq. Rayonlarda da bəzi yerlərdə arabir yağıntılı havanın hökm sürəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşməsi və şimşək çaxması mümkündür. Axşam saatlarında yağıntıların əksər rayonlardan tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə isə arabir duman olacaq. Mülayim qərb küləyinin gecə və səhər bəzən güclənməyə davam edəcəyi bildirilib, havanın temperaturu gecə 5-9° isti, gündüz 14-17° arasında, dağlarda isə 3-7° şaxta olacağı gözlənilir.