İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İran Respublikası, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında məlumat verib.
Bəqai, BAEA-nın ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin hazırkı vəziyyətə səbəb olduğunu etiraf etdiyini vurğulayaraq, "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik" – deyib.
Sözçü, İranın danışıqlar mərhələsində iki dəfə hücuma məruz qaldığını, hücumların BAEA-nın təminatları altında olan nüvə obyektlərinə endirildiyini qeyd edib. Lakin, onun fikrincə, agentlik, onun Rəhbərlər Şurası və baş direktoru bu faktı görməzdən gəlir.
Bəqai, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) ilə bağlı da məlumat verərək, müvafiq qurumların bu barədə qərar verməli olduğunu bildirdi. O, həmçinin İranın hələ də müqavilənin iştirakçısı olduğunu və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.
Noyabrın 13-də "Reuters" agentliyi BAEA-nın məxfi hesabatının məzmununu açıqlayıb. Hesabatda agentlik, İranı müfəttişlərin ölkəyə qayıtmasını təmin etmək üçün mərhələli addımlar atmağa çağırıb. Eyni zamanda, İranın nüvə obyektlərinə endirilən zərbələrin yaranmış vəziyyəti görməmiş faktlarla təsdiqlənmədiyi də qeyd olunub. Hesabat, gələn həftədə BAEA-nın Rəhbərlər Şurasının iclasında müzakirə olunacaq.