Ezonn Xəbər

Fransada pirotexnikaların satışına qadağa qoyuldu

Fransada pirotexnikaların satışına qadağa qoyuldu
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Fransada 27 noyabr tarixinə qədər əyləncə məqsədilə istifadə olunan fişənglərin və pirotexnikaların satışına qadağa qoyulub. Hökumət bu qərarı iğtişaşlar və polisin artan hücumları səbəbindən qəbul edib. Qadağa, 15 noyabrda rəsmi "Legifrance" portalında dərc olunmuş xəbərdə bildirilir. Qadağa, F2 və F3 kateqoriyalı pirotexnik vasitələrini əhatə edir. Bu məhsulların satın alınması hələ də böyüklərə açıqdır, lakin F4 kateqoriyalı məhsullar yalnız peşəkar pirotexniklər üçün nəzərdə tutulub. F4 kateqoriyalı pirotexnikalar əvvəllər yalnız xüsusi icazə ilə ixtisaslaşmış mağazalarda satılırdı, lakin küçələrdə istifadəsinə icazə verilmir. Hökumət tərəfindən yayımlanan məlumata görə, "Bu məhsullar (F2 və F3-red.) artıq bayram etmək, hansısa mühüm günü qeyd etmək üçün istifadə edilmir. Onlar insanları xəsarət yetirir," - deyə vurğulanır. Fransa hökuməti, bu qadağanın ictimai təhlükəsizliyə və nizam-intizama dəstək olacağını gözlədiyini bildirir. Son dövrlər iğtişaşların artması və təhlükəsizlik problemləri, bu cür qərarların qəbuluna səbəb olub. Ölkədəki vəziyyətin sakinlər arasında narahatlıq yaratdığı qeyd olunur.