Ezonn Xəbər

Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah Bakının bu ərazilərində su olmayacaq
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Sabah paytaxt Bakı şəhərinin bir sıra ərazilərində su olmayacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd olunub ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə suyun verilişi müvəqqəti olaraq dayandırılacaq. Məlumatda, Səbail rayonunun müəyyən əraziləri ilə yanaşı, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz və Şanqar qəsəbələrinin içməli su təminatında fasilələr olacaq. Həmçinin, AZNS yaşayış massivinin də su təminatı tam olaraq müvəqqəti dayanacaq. Su verilişinin bərpası gün ərzində mərhələlərlə həyata keçiriləcək. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sakinlərə səbəb olduğu narahatlığa görə üzr istəyib və bu müddət ərzində su ehtiyatlarını toplamağı tövsiyə edir.