Ezonn Xəbər

İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən şəxs saxlanılıb

İsraildə İranın xeyrinə casusluqda şübhəli bilinən şəxs saxlanılıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İsrailin şimalında yerləşən Mazra kəndinin sakini İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb. Məlumata əsasən, İsrail polisi və Şin Bet, İranın terror və casusluq fəaliyyəti ilə mübarizə çərçivəsində 48 yaşlı Visam Qaleb Salah Əvvadı əsassız əməliyyatlara görə tutub. Saxlanılan şəxs strateji obyektlər, hərbi bazalar və polis bölmələrinin fotoşəkillərini çəkərək, bu görüntüləri əlaqədə olduğu xarici agentlə paylaşdığı bildirilir. Onun evində aparılan axtarış zamanı mobil telefonlar və kompüterlər ələ keçirilib. İstintaq orqanlarının müəyyən etdiyi faktlara görə, Əvvad sosial şəbəkələr vasitəsilə İranın strukturlarının nümayəndələri ilə əlaqə yaradaraq onlara xidmətlərini təqdim edib. İddialara əsasən, o, ideoloji motivlərlə, qisas almaq məqsədilə fəaliyyət göstərib və maddi mükafat gözləmədiyi bildirilir. Bundan əlavə, Əvvadın "Hizbullah" təşkilatına dəstəyini ifadə etdiyi də qeyd olunub. İstintaqın tamamlandıqdan sonra Hayfa dairəsinin prokurorluğu ona qarşı ittiham irəli sürməyi və məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılması barədə vəsatət qaldırmağı planlaşdırır.