Ezonn Xəbər

İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb

İordaniyada kilsəyə hücum edənlər barəsində ölüm hökmü çıxarılıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi 23 oktyabr tarixində Əl-Kərək əyalətindəki pravoslav kilsəsinə hücum edən üç nəfər barəsində ölüm hökmü çıxarıb. Bu xəbəri "Petra" informasiya agentliyi yayıb. Məhkəmə, təqsirləndirilən şəxsləri insan tələfatıyla nəticələnən terror fəaliyyətinin doqquz epizodunda, silah və döyüş sursatlarından istifadə etməklə hücumlar törətməkdə, silahlı terror aktları hazırlamaqda və terror qruplaşmasının təbliğatını yaymaqda təqsirli bilib. Hökmün apellyasiya şikayəti verilərək mübahisələndirilməsi mümkündür. İordaniya qanunvericiliyinə uyğun olaraq, bu qərar mütləq şəkildə Kassasiya Məhkəməsində nəzərdən keçirilməlidir. Xatırladaq ki, hadisə 23 oktyabrda Həmmud rayonundakı Müqəddəs Georgi pravoslav kilsəsində anım mərasimi zamanı baş verib. Silahlı üç nəfər, orada iştirak edən insanlara atəş açaraq hadisə yerindən qaçıb, lakin daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar. Hücum nəticəsində 9 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.