Ezonn Xəbər

Söyüdlü kəndinin boşaldılması ilə bağlı iddialar yalanlab

Söyüdlü kəndinin boşaldılması ilə bağlı iddialar yalanlab
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Gədəbəy rayonunun Söyüdlü kəndi və onun ətrafındakı yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan məlumatlar yalan olduğu təsdiqlənib. Bu haqda Azərbaycan Respublikası Media və Yayım Şurası açıqlama verib. Açıqlamada, Fransadan idarə olunan və Azərbaycana qarşı dezinformasiya yaymağı hədəfləyən bir “YouTube” kanalında bu cür iddiaların yer aldığı bildirilib. Şura, bu cür iddiaların ictimai rəyin manipulyasiyasına yönəldiyini vurğulayıb. Həmçinin, şuranın bəyanatında qeyd olunub ki, şayiə və uydurmalara əsaslanan məlumatların dövlət qərarı kimi təqdim edilməsi, əhali arasında təşviş yaratmaqla yanaşı, dövlət müəssisələrinə olan etimadı sarsıtmaq məqsədini güdür. Bu, cəmiyyətdə gərginliyə səbəb olmağı hədəfləyən bir dezinformasiya kampaniyasıdır. Şuranın bildirdiyinə görə, sözgedən kanal əvvəllər də Azərbaycanla bağlı dəfələrlə dezinformasiya və manipulyativ məlumatlar yaymışdır. Məsələyə dair müvafiq platformaya rəsmi müraciət edilməklə, şura həmin məlumatların yayılmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülməsini gözlədiyini ifadə edib. Media və Yayım Şurası, ictimaiyyətə şayiələrə inanmamağı, media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə isə yayılan məlumatların doğruluğunu rəsmi açıqlamalara əsasən yoxlamağı tövsiyə edir.