Yəmən ordusu bu ərazilərdən geri çəkildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Yəmən hökuməti, paytaxt Ädəni müdafiə etmək məqsədilə, ölkənin cənub-qərbində, Bab əl-Məndəb boğazı rayonu və Zubab dairəsindən qüvvələrini geri çəkib. Bu barədə “Əl Cəzirə” kanalı məlumat yayıb.
Yəmən Cənub Qüvvələrinin komandanlığı, geri çəkilməni yenidən təşkilatlanma prosesi çərçivəsində həyata keçirdiklərini bildirir. Komandanlıq, məsuliyyətin paytaxt Ədənin müdafiəsi və Taizin mühasirədən azad edilməsi olduğunu vurğulayıb.
Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Məcid ən-Nuzeyli, beynəlxalq ictimaiyyəti sahil zolağının azad edilməsinə yardım etməyə çağırıb. O, Bab əl-Məndəb boğazının dünya ticarəti üçün əvəzolunmaz rolunu önə çəkib.
Məlumatlar göstərir ki, qüvvələrin yenidən qruplaşdırılması, husilərin Lahic əyalətində hökumət qüvvələrinə artırdığı təzyiq fonunda baş verir. Husilərin nəzarətində olan SABA agentliyi, hökumətyönlü birləşmələrin şiddətli toqquşmalardan sonra itki verərək və mövqelərini tərk edərək Ədən istiqamətində geri çəkildiyini bildirir.