Ezonn Xəbər

Media və Yayım Şurası Fransadan idarə olunan “YouTube” kanalını ifşa edib

Media və Yayım Şurası Fransadan idarə olunan “YouTube” kanalını ifşa edib
Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir. Media və Yayım Şurası, Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yayma fəaliyyəti ilə tanınan bir “YouTube” kanalını ifşa edib. Açıqlamada bildirilir ki, bu kanalda Gədəbəy rayonunun Söyüdlü kəndi və ətrafındakı yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağına dair tamamilə əsassız iddialar yayılır. Məlumatda vurğulanır ki, sözügedən material, dövlət səviyyəsində qəbul edilmiş qərar kimi təqdim edilərək əhali arasında təşviş yaratmaq məqsədini güdür. Bu, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədilə hazırlanmış geniş və çoxmərhələli bir dezinformasiya kampaniyasının tərkib hissəsidir. Şura, bu kanalın əvvəldən bəri ölkəyə qarşı dezinformasiya və manipulyativ məlumatlar yaymaqda ixtisaslaşdığını qeyd edərək, məsələyə dair müvafiq platformaya rəsmi müraciət edildiyini bildirib. Azərbaycanın Media və Yayım Şurası, müraciətin operativ araşdırılacağına və dezinformasiyanın yayılmasının qarşısının alınacağına inandığını vurğulayıb. Təşkilat, ictimaiyyəti şayiə xarakterli məlumatlara inanıb yanıltmamağa çağırır və media subyektlərini, sosial şəbəkə istifadəçilərini müvafiq qurumların rəsmi məlumatlarını yoxlamağa və təsdiqlənməmiş iddiaların yayılmasından qaçmağı tövsiyə edir.