Ezonn Xəbər

5 min hərbçi Polşada təlim keçir - Ukraynada sülhməramlı missiyaya qatılacaqlar

5 min hərbçi Polşada təlim keçir - Ukraynada sülhməramlı missiyaya qatılacaqlar
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Polşada, Ukraynada mümkün sülhməramlı missiyaya hazırlıq məqsədilə "Koalisiya 26.2" adlı genişmiqyaslı hərbi təlimlər həyata keçirilir. Təlimlərdə təxminən 5 min hərbçi iştirak edir. Təlimlərin noyabrın 22-dək davam edəcəyi bildirilir. Bu təlimlərdə Fransa, Böyük Britaniya, Almaniya, İsveç və Türkiyə daxil olmaqla 11 tərəfdaş ölkədən 2 800 hərbçi, həmçinin Polşanın 2 minə yaxın hərbçisi yer alır. 2025-ci ildə Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan "Könüllülər koalisiyası" Ukraynaya hərbi qüvvələrin göndərilməsinə hazır olan ölkələri birləşdirir. Bu təşəbbüs NATO-nun strukturundan kənar fəaliyyəti nəzərdə tutur. Təlimlər zamanı qoşunların sürətli yerləşdirilməsi, texnikanın daşınması, təchizatın təşkili, hərbi hissələrin müdafiəsi və zədələnmiş texnikanın təmiri üzrə bacarıqlar yoxlanılır. Eyni zamanda, dənizdə minaların təmizlənməsinə hazırlıq da proqramda yer alır. Bununla əlaqədar olaraq, Polşanın baş naziri Donald Tusk qeyd edib ki, ölkəsi Ukraynaya hərbçilər göndərməyəcək və bu, heç bir ssenaridə nəzərdə tutulmur. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da ölkəsinin müxtəlif vəzifələrinin olduğunu vurğulayıb.