İqtisadi fəaliyyət üzrə xərclər dövlət büdcəsində ən yüksək paya malik olacaq - Hesablama Palatası

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
2027-ci ilin dövlət büdcəsi xərclərinin böyük bir hissəsinin iqtisadi fəaliyyətə yönəldilməsi gözlənilir. Hesablama Palatasının verdiyi məlumata görə, bu istiqamətdə 8 milyard 907,3 milyon manat vəsait ayrılacaq, bu da büdcə xərclərinin 21 faizini təşkil edəcək.
Büdcənin ümumi xərcləri 42 milyard 400 milyon manat olaraq proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş düzəlişlərindən 696,4 milyon manat, yəni 1,7 faiz daha çoxdur. Hesablama Palatası əvvəlki illərdən fərqli olaraq, iqtisadi fəaliyyət xərclərinin xüsusi çəkinin 2,2 faiz bəndi artaraq 21 faizə çata biləcəyini qeyd edir.
İqtisadi fəaliyyət üzrə xərclərin artırılması ilə bağlı 8 milyard 907,3 milyon manat ayrılması planlaşdırılır ki, bu da cari ildən 1 milyard 50,7 milyon manat və ya 13,4 faiz çoxdur. Artımın əsas səbəbi isə iqtisadi dəstək tədbirlərinin 682,3 milyon manat artırılmasıdır.
Eyni zamanda, məqsədli büdcə fondlarının ləğv edilməsi 400 milyon manatdan çox vəsaitin “İqtisadi fəaliyyət” bölməsinə yönəldilməsinə səbəb olub. Hesablama Palatası qeyd edir ki, 2026-cı il sentyabrın 10-da imzalanmış fərmanla büdcə fondlarının yenidən bölüşdürülməsi həyata keçirilmişdir.
Bununla yanaşı, 2027-ci ildən “Əsas bölmələrə aid edilməyən xidmətlər” üzrə xərclərin 53,1 faiz azalması proqnozlaşdırılır. Bu bölmə üzrə xərclərin 822,5 milyon manat olacağı gözlənilir, bu da cari ildən 930 milyon manat azdır. Xərclərin azalmasının səbəbi isə məqsədli büdcə fondlarının ləğvi ilə bağlıdır.