Maskın şirkəti iflic xəstələrinin hərəkətini bərpa edəcək çiplər hazırlayır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
‘Neuralink’ şirkəti, iflic xəstələrinin hərəkətini bərpa etmək üçün yeni çiplər hazırlayır. Şirkətin rəhbəri İlon Mask, yaxın illərdə bu texnologiyanın iflic xəstələrinə yenidən sərbəst gəzmək və əllərini idarə etmək imkanı verəcəyini bildirib.
Bu açıqlamalarını Mask, 2024-cü ildən ‘Neuralink’ çipi implantasiya edilən ilk şəxs olan Noland Arbonun hekayəsi kontekstində ifadə edib. İkonik cümləsi ilə, “Yaxın illərdə ‘Neuralink’ insanlara yenidən sərbəst gəzmək və əllərini idarə etmək imkanı yaradacaq”, deyə vurğulayıb.
Şirkət 2016-cı ildən fəaliyyət göstərir, beyinlərə implantasiya edilərək kompüterlə əlaqə yaradan çiplər istehsalı ilə məşğuldur. ‘Neuralink’ layihələri arasında iflic xəstələrinin cihazları düşüncə vasitəsilə idarə etməsinə imkan verəcək ‘Telepathy’ və tam korluq zamanı görmə qabiliyyətini bərpa etmək üçün nəzərdə tutulan ‘Blindsight’ da mövcuddur.
‘Neuralink’ implantları, naqilsiz şəkildə işləyir və xaricdən görünmür. Onların beyinə yerləşdirilməsi üçün hazırlanmış xüsusi cərrahi robot, əməliyyat prosesini 11 dəfə sürətləndirir və xəstələrin 99 faizi üçün uyğundur. Bu yeniliklərin, tibb sahəsində inqilab edəcəyi gözlənilir.