Ezonn Xəbər

Hörmüz boğazında iki tanker minalanıb

Hörmüz boğazında iki tanker minalanıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İranın Hörmüz boğazında baş verən ciddi bir hadisədə, ABŞ-nin dəstəyi ilə marşrutdan keçən iki tanker dəniz minaları ilə toqquşmuş və nəticədə güclü partlayışlar baş vermişdir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bu məlumatı yayıb. Məlumata görə, tankerlər transponderlərini söndüərək icazəsiz cənub marşrutundan keçməyə çalışarkən minaya düşüblər. Partlayışdan sonra gəmilərdə yanğın baş verib və bunun nəticəsində tankerlardan birinin, 2 milyon bareldən çox neft daşıyan supertankerin, batdığı bildirilib. SEPAH, tanker sahiblərinə, gəmiçilik şirkətlərinin rəhbərlərinə və onların heyətlərinə, Hörmüz boğazında qadağan olunan zonalardan istifadə etməmələri barədə xəbərdarlıq edib. Qayda pozanların minalarla partladılma riski daşıdığı vurğulanıb. Hərbi Dəniz Qüvvələri, daha əvvəl də Oman yaxınlığında yerləşən Hörmüz boğazının cənubundan keçən gəmiçilik marşrutlarının təhlükələri barədə xəbərdarlıq edərək, bu bölgənin İran Silahlı Qüvvələrinin tam nəzarəti altında olduğunu açıqlayıb.