Ağstafada partlayışda xəsarət alan şəxsin durumu açıqlanıb

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Ağstafa rayonunda baş vermiş partlayış hadisəsi nəticəsində xəsarət alan 1982-ci il təvəllüdlü kişi, 15 noyabr 2026-cı ildə saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Xəstəyə tibbi müayinə zamanı bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış yarası diaqnozu qoyulub. Zəruri tibbi xidmət göstərildikdən sonra pasiyent reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxsin tibbi vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə bəyanatına görə, partlayışın səbəbi Qazax rayonunun Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü Rəsul İbrahimov və Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Sahib Əmrahovun partlamamış hərbi sursata müdaxiləsi olub.
Partlayış nəticəsində Rəsul İbrahimov aldığı xəsarətlərdən dünyasını dəyişib, Sahib Əmrahov isə ağır yaralanıb. Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.