Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlandı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Ağstafa rayonunda baş verən partlayış hadisəsi ilə bağlı 1982-ci il təvəllüdlü kişi xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə 15 noyabr 2026-cı il tarixində saat 15:20 radələrində baş verib.
TƏBİB-in verdiyi məlumata əsasən, xəsarət alan şəxs üçün müxtəlif nahiyələrin termiki yanığı və sağ bud nahiyyəsində parçalanmış yaralar diaqnozu qoyulub. O, zəruri tibbi xidmət aldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır hesab olunur.
Məlumatda vurğulanır ki, partlayış Qazax rayonunun Dəmirçilər kəndində baş verib. Hadisənin səbəbi isə partlamamış hərbi sursata edilən müdaxilə olub. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətinin birgə açıqlamasına görə, partlayış nəticəsində 1986-cı il təvəllüdlü Rəsul İbrahimov aldığı xəsarətlərdən ölüb, onunla birlikdə olan 1982-ci il təvəllüdlü Sahib Əmrahov isə yaralanıb.
Hadislə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. Şahidlərin ifadə verməsi və hadisənin dəqiq səbəbləri müyyənləşdirilməkdədir.