Ezonn Xəbər

Azərbaycan Neftinin Qiymətində Azalma

Azərbaycan Neftinin Qiymətində Azalma
Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir. Bu həftə (noyabrın 9-13) Azərbaycan xam nefti Azeri Light, Dated Brent və Urals qiymətlərində ciddi azalma müşahidə edilib. Trend-in hesablamalarına görə, Azeri Light (CIF) xam neftinin orta qiyməti əvvəlki həftəyə nisbətən 9.51 ABŞ dolları, yəni 8.6% azalarq, 100.70 ABŞ dolları/barel olub. Həftə ərzində bu neft sortunun ən yüksək qiyməti 102.68 ABŞ dolları/barel, ən aşağı qiyməti isə 99.40 ABŞ dolları/barel səviyyəsində qeydə alınıb. Bununla yanaşı, Azeri Light xam neftinin FOB Ceyhan limanındakı qiyməti 96.53 ABŞ dolları/barel olub ki, bu da əvvəlki həftəyə nisbətən 6.99 ABŞ dolları, yəni 6.7% azalma deməkdir. Urals xam neftinin qiyməti də azalma nümayiş etdirib. Bu həftənin ortalama qiyməti 69.31 ABŞ dolları/barel olub ki, bu da 7.01 ABŞ dolları, yəni 9.2% azalma deməkdir. Həftə ərzində Urals xam neftinin ən yüksək qiyməti 72.20 ABŞ dolları/barel, ən aşağı qiyməti isə 67.30 ABŞ dolları/barel olub. Dated Brent neftinin qiymətində də azalma müşahidə edilib. Onun orta qiyməti 92.64 ABŞ dolları/barel olub ki, bu da əvvəlki həftəyə nisbətən 7.82 ABŞ dolları, yəni 7.8% azalmışdır. Həftə ərzində Dated Brent-in qiymətinin ən yüksək göstəricisi 96.11 ABŞ dolları/barel, ən aşağı göstəricisi isə 90.56 ABŞ dolları/barel olub.