NATO-nun gələn il Albaniyada keçirəcəyi liderlər sammiti ləğv edilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
NATO, müdafiə xərcləri, İran və Ukraynada baş verən münaqişələr səbəbindən ali səviyyədə görüşlərin sayını azaltmaq qərarı verib. Bu çərçivədə, gələn il Albaniyada planlaşdırılan liderlər sammitinin baş tutmayacağı bildirilib.
Albaniyanın Baş naziri Edi Rama, sammitin keçiriləcəyi tarix ilə bağlı hələ də konkret bir razılığın olmadığını və tədbirin 2027-ci ildə də keçirilməyəcəyini açıqlayıb. O, əgər sammit 2028-ci ildə təşkil olunarsa, yerin Tirana olacağını vurğulayıb.
NATO-nun Baş katibi Mark Rutte isə məsələyə münasibət bildirərək, noyabrda keçirilməli olan sammitlərin ləğv edilməsinin ciddi bir problem olmadığını qeyd edib. Onun fikrincə, alyans bu cür görüşləri yalnız zərurət yarandıqda təşkil edir.
Qeyd edək ki, NATO, keçmişdə hər iki ildən bir liderlər sammiti keçirirdi. Bununla yanaşı, NATO müdafiə nazirlərinin adətən oktyabr ayında təşkil etdiyi görüş bu il baş tutmayıb və 2027-ci ilin oktyabrı üçün də belə bir toplantının planlaşdırılmadığı bildirilib. Gələn il xarici işlər nazirlərinin də yalnız bir toplantısının keçilməsi nəzərdə tutulur.
Son dövrlərdə ABŞ-ın müdafiə naziri Pit Heqset və dövlət katibi Marko Rubio, NATO-nun bəzi görüşlərində iştirak etməyib və müzakirələri yarımçıq qoyublar. Heqset, müdafiə nazirlərinin toplantılarında Avropa müttəfiqləri və Kanadanı müdafiə xərcləri ilə bağlı tənqid edib.