Ezonn Xəbər

MOSSAD Türkiyədə İran generalını oğurlayıb öldürdü

MOSSAD Türkiyədə İran generalını oğurlayıb öldürdü
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İsrailin kəşfiyyat xidməti MOSSAD-ın Türkiyədə İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əsgərini oğurlayıb öldürdüyü xəbəri yayılıb. Bu məlumat "Nyu York Tayms" qəzetinin araşdırmasına əsaslanır. Araşdırma zamanı qeyd edilir ki, MOSSAD, Əsgəri, İsrailin hərbi naviqatoru Ron Aradın itkin düşməsi ilə bağlı dindirərək, bir müddət sonra onu öldürdü. ABŞ-ın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri iddia edir ki, Əsgərin meyiti daha sonra Qara dənizə atılıb. Əli Rza Əsgəri, həyat yoldaşının ifadəsinə görə, 2006-cı ilin dekabrında İstanbulda bir oteldən yoxa çıxıb. O, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin generalı olub və Hizbullah rəhbərliyi ilə əlaqələr saxlayıb. İsrail, uzun müddət ərzində Əsgərinin yoxa çıxmasında iştirakını təkzib edib. Lakin ABŞ-dan olan keçmiş rəsmilər Abdullahi Əsgərinin öldüyünü israilli nümayəndələrin bildirib. Ron Arad, 1986-cı ildə Livan üzərində hərbi əməliyyat zamanı əsir götürülmüş bir pilotdur. Onun taleyi, uzun illər naməlum qalmış və İsrail üçün həssas bir milli təhlükəsizlik məsələsi olub. Son araşdırmalara görə, Aradın 1988-ci ildə öldüyü ehtimal edilir, lakin onun nəşi hələ də tapılmayıb.