Ezonn Xəbər

17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur

17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İraqın sabiq prezidenti Səddam Hüseynin hakimiyyəti dövründə 17 il xidmət etmiş general Xudhur Əhməd Rauf Vəli, hazırda İstanbulda avtomobil yuma məntəqəsində işlə təmin olunub. 60 yaşlı Vəli, beş dil bilən bir şəxsdır və vaxtilə pilot-general olaraq tanınmışdır. 2003-cü ildən sonra müharibə sonrası dövrdə təhlükəsizlik səbəbləri ilə gizli yaşamışdır. O, ABŞ hərbçiləri ilə əməkdaşlıq etməyə məcbur olunduğunu, eyni zamanda İŞİD tərəfindən qaçırıldığını və ağır işgəncələrə məruz qaldığını bildirmişdir. İraqda olduğu müddətdə evi hücuma məruz qaldığı zamanı həyat yoldaşını da itirmişdir. 2013-cü il noyabrın 5-də, yaşadığı təhlükələr səbəbindən İraqdakı həyatını tərk etmək qərarına gəldiyini açıqlayıb. Xudhur Vəli, İraqda fəaliyyətini Səddam Hüseynin qardaşı ilə başladığını, daha sonra isə hərbi xidmətə keçdiyini izah edib. İran-İraq müharibəsində yaşananlarla bağlı xatırlamaları da vardır. O, sərhəd mübahisələrinin bir çox insanın həyatına mal olduğunu qeyd edib. İraqdakı vəziyyətdən sonra əvvəlcə İstanbula, daha sonra Sivas şəhərinə yola düşdüyünü və burada dil biliklərini istifadə edərək tərcüməçilik etdiyini bildirib. 2017-ci ildən sonra İstanbulda yaşayan Vəli, burada avtomobil yuma və cilalama işləri ilə məşğuldur. O, Türkiyə vətəndaşlığı aldığını, adını Fatih olaraq dəyişdirdiyini də açıqlayıb. Vəli, keçmiş hərbi xidmətini indiki fəaliyyəti ilə müqayisə edərək, “Əvvəllər minə yaxın əsgər mənim əmrlərimlə işləyirdi. İndi görülən iş mənim üçün ağır deyil. Taleyimizi Allah bilir” sözləri ilə fikrini bildirib. Türkiyədə ona göstərilən dəstəyi yüksək qiymətləndirərək, çətin günlərdə yardım edən insanlara təşəkkürünü də ifadə edib.