Berlin metrosunda “Z nəsli” etirazları – Polislə qarşıdurma

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Berlin şəhərində, “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər hərəkatının təşkilatçılığı ilə aparılan etiraz aksiyasında polis və 30 yaşdan aşağı gənclər arasında ciddi toqquşmalar baş verib. Aksiya 14 noyabr axşamı Şarlottenburq regionunda təşkil olunub və burada görüntülər sosial şəbəkələrdə geniş yayımlanıb.
Etirazçılar, gənclərin tələbləri arasında məcburi hərbi xidmətin ləğvi, sosial və təhsil xərclərinin azaldılması, artan qiymətlərə qarşı tədbirlərin artırılması və iqlim dəyişikliyi ilə mübarizə mövzularını irəli sürüblər. Aksiyaya cəlb olunan etirazçılardan 20-dən çoxu polis tərəfindən saxlanılıb.
Polisin 700-ə yaxın əməkdaşı aksiyaya cəlb edilib və etirazçılar polis səddini aşmağa çalışarkən, hüquq-mühafizə orqanları dəyənəklər və fiziki güc tətbiq edərək kütləyə müdaxilə edib. Etirazçılar pirotexniki vasitələrdən, o cümlədən fişəng və tüstü bombalarından istifadə ediblər.
Aksiyanın təşkilatçıları, 20 noyabr tarixində Avropada daha geniş bir gənclər tətili planlaşdırdıqlarını bildiriblər. Berlində bu nümayişdə iştirak etmək üçün 15 min nəfərin artıq qeydiyyatdan keçdiyi açıqlanıb.