Ezonn Xəbər

Türkiyənin məşhur Özsüt brendinin françayzinq şirkəti maliyyə çətinliyi ilə üzləşib

Türkiyənin məşhur Özsüt brendinin françayzinq şirkəti maliyyə çətinliyi ilə üzləşib
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Türkiyənin tanınmış şirniyyat və restoran markalarından biri olan Özsüt-ün françayzinq fəaliyyətini yürüdən STP Gıda şirkəti ciddi maliyyə çətinlikləri ilə qarşılaşmışdır. Şirkət borclarını ödəməkdə yarana biləcək çətinliklərdən qorunmaq məqsədilə məhkəməyə müraciət edərək konkordato tələb edib. Konkordato, müəssisənin borc öhdəliklərini yerinə yetirmək üçün məhkəmədən vaxt istəməsi və maliyyəsini yenidən təşkil etməsi deməkdir. Bu müraciəti İzmir 3-cü Kommersiya Məhkəməsi qəbul edərək, STP Gıda şirkətinə üç aylıq müvəqqəti möhlət vermişdir. Bu müddət ərzində şirkətin maliyyə durumunun araşdırılacaq və borc öhdəliklərinin ödənilməsi imkanları qiymətləndiriləcək. Məhkəmə, prosesin nəzarətini həyata keçirmək məqsədilə şirkətə müvəqqəti konkordato komissarları təyin edib. Şirkətin maliyyə vəziyyəti artıq fəaliyyətinə təsir göstərməqdadır. Məlumatlara görə, bəzi mağazaların bağlandığı, əməkdaşların maaşlarının ödənilməsində gecikmələr baş verdiyi bildirilir. Məhkəmənin qərarına əsasən, STP Gıda-nın əmlakının, avtomobillərinin və istehsal avadanlıqlarının satışı qadağan edilib. Həmçinin, şirkətə qarşı yeni icra işlərinin başlanması dayandırılıb. Növbəti məhkəmə iclası 22 yanvar 2027-ci il tarixinə təyin olunub. Özsüt brendi 1938-ci ildən fəaliyyət göstərir və Türkiyənin tanınmış şirniyyat markalarından biri kimi tanınır. STP Gıda şirkəti isə bu brendin françayzinqini həyata keçirir, lakin cari maliyyə çətinlikləri brendin gələcəyinə təsir edə biləcək.