Ezonn Xəbər

Çin iflic edir: "Mersedes" zavodlarını bağlayır

Çin iflic edir: "Mersedes" zavodlarını bağlayır
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. "Mersedes-Benz" şirkətinin rəhbərliyi, Almaniyadakı müəssisələrinə yeni investisiyaların dondurulması və bəzi zavodların bağlanmasının ehtimalını dəyərləndirir. Şirkət, bu qərarını avtomobil istehsalındakı yüksək xərcləri azaltmaq istəyi ilə əlaqələndirir. Şirkət rəhbərliyinin verdiyi məlumata görə, həmkarlar ittifaqları ilə əmək haqqının azaldılması istiqamətində razılıq əldə etmək mümkün olmayıb. Daha əvvəl işçilərə xəbərdarlıq olunmuşdu ki, danışıqlarda irəliləyiş əldə olunmadığı halda, konsern Almaniyadakı iki zavodunu bağlaya bilər. Bu qərar alman avtomobil sənayesinin "ən ciddi böhranı" dövründə qəbul edilir. "Volksvagen" şirkətinin də genişmiqyaslı struktur dəyişiklikləri elan etməsi, Almaniyada dörd zavodun bağlanmasına və minlərlə iş yerinin ixtisarına səbəb ola bilər. Mütəxəssislərin nəzərə aldığı tendensiyalara görə, Çin istehsalçılarının artan rəqabəti və istehsal xərclərinin yüksəlməsi, 2030-cu ildən etibarən Almaniyanın avtomobil sənayesində azı 200 min iş yerinin itirilməsinə səbəb ola bilər.