Ezonn Xəbər

Çin güclənir, “Mercedes-Benz” zavodlarını bağlamaq istəyir

Çin güclənir, “Mercedes-Benz” zavodlarını bağlamaq istəyir
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. “Mercedes-Benz” şirkətinin rəhbərliyi Almaniyadakı müəssisələri üçün yeni investisiyaları dondurmağı və bəzi zavodların bağlanmasını araşdırır. Bu qərar, avtomobil istehsalındakı yüksək xərclərin azaldılması məqsədilə qəbul edilib. Şirkətin məlumatına görə, həmkarlar ittifaqları ilə əmək haqqı xərclərinin azaldılması üzrə razılığa gəlmək mümkün olmayıb. Əvvəlki müzakirələr zamanı işçilərə, əgər tərəflər arasında irəliləyiş olmayacaqsa, konsernin iki zavodu bağlaya biləcəyi bildirilib. Bu qərar, Alman avtomobil sənayesinin "ən ciddi böhranı" ilə bağlıdır. Bununla yanaşı, “Volkswagen” da genişmiqyaslı struktur dəyişikliyi elan edərək, dörd zavodun bağlanacağını və minlərlə iş yerinin ixtisar ediləcəyini açıqlayıb. Ekspertlərin fikrincə, Çin istehsalçılarının artan rəqabəti və istehsal xərclərinin yüksəlməsi, 2030-cu ilə qədər Almaniyanın avtomobil sənayesində 200 min iş yerinin itirilməsinə səbəb ola bilər.