Ezonn Xəbər

Tramp, "McDonald's" və "Burger King" hakerlərin hədəfində

Tramp, "McDonald's" və "Burger King" hakerlərin hədəfində
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Trampın, həmçinin məşhur fast-food zəncirləri "McDonald's" və "Burger King"-in sosial şəbəkələrdə yerləşdirdiyi köhnə paylaşımlardakı keçidlərin yönləndiyi ünvanlar naməlum şəxslər tərəfindən dəyişdirilib. Bu hadisə, 2011-2013-cü illərdə "X" (keçmiş "Twitter") platformasında dərc edilmiş mesajları əhatə edir. "Burger King"-in restoranlarına aid paylaşımlardakı keçidlər, istifadəçiləri Adolf Hitler və nasist konsentrasiya düşərgələri barədə məlumatların yerləşdiyi səhifələrə yönləndirib. Həmçinin, "McDonald's"ın paylaşımlarında isə bir keçid 11 sentyabr terror hücumları ilə bağlı məlumatlara aparıb. Donald Trampın sosial şəbəkə hesabında da təxminən 20 köhnə paylaşımda yer alan keçidlərin dəyişdiyi bildirilib. İstifadəçilər bu keçidlər vasitəsilə müxtəlif oyun və əyləncə məzmunlarının yerləşdiyi səhifələrə yönləndirilib. İlkin ehtimallara görə, hadisə "Bitly" xidməti ilə əlaqədardır. Naməlum şəxslərin köhnə keçidlərin yönləndirildiyi ünvanları dəyişdirdiyi güman olunur, lakin hadisənin kim tərəfindən törədildiyi barədə dəqiq məlumat yoxdur. Həmçinin, sosial şəbəkə hesablarının birbaşa ələ keçirildiyinə dair təsdiqlənmiş məlumat yoxdur.