Ezonn Xəbər

Kriptovalyuta bazarında bir gündə likvidasiyaların həcmi 2 milyard dolları ötüb

Kriptovalyuta bazarında bir gündə likvidasiyaların həcmi 2 milyard dolları ötüb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Kriptovalyuta bazarlarında son 24 saat ərzində likvidasiyaların həcmi 2,058 milyard dolları keçib. Bu barədə "Binance News" "CoinGlass" xidmətinin statistikalarına istinadən məlumat yayıb. Ümumilikdə, 329 min treyderin açdığı mövqelər likvidasiya edilib. Kriptovalyuta ticarətində likvidasiya, birjanın marja mövqeyini zorunlu şəkildə bağlamasıdır. Bu, kreditlə aparılan əməliyyatlar nəticəsində zərərin treyderin girov vəsaitini tükətməsi halında baş verir. Bu mexanizm, hesabdakı vəsaitin mənfi balansda olmasının qarşısını alaraq, ticarət platformasını potensial itkilərdən qoruyur. Likvidasiyaların artması, əsas kriptovalyutaların qiymətlərinin aşağı düşməsi ilə əlaqədar baş verib. "Tokenpost" portalının verdiyi məlumata görə, kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda təxminən 5% azalaraq 2,23 trilyon dollara enib. Bu zaman "Bitcoin" və "Ethereum" qiymətləri müvafiq olaraq 6% və 9% ucuzlaşıb. Bazarın bu vəziyyəti, treyderlər arasında narahatlığa səbəb olub və likidasiya hadisələrinin artmasına gətirib çıxarıb.