Ezonn Xəbər

Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumlarına məruz qalıb

Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumlarına məruz qalıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə ABŞ Prezidenti Donald Trampın, "Burger King" və "McDonald's" kimi məşhur fast food markalarının köhnə hesabları, hakerlərin hədəfinə çevrilmişdir. Naməlum kiber cinayətkarlar, "Bitly" məşhur link qısaltma xidmətindəki zəiflikdən yararlanaraq, bu hesabların əvvəlki paylaşımlarını dəyişdirərək istifadəçiləri üçüncü tərəf veb saytlarına yönləndirməyə başlamışdır. Məlumatlara görə, hakerlər, 2011-ci ildə "Burger King"də yayımlanan bir paylaşımın linkini dəyişdirərək, istifadəçiləri nasist həb düşərgələri haqqında vikipediya məqaləsinə yönləndirmişdir. Bununla yanaşı, "McDonald's"ın köhnə bir paylaşımında da dəyişiklik edilib və bu link, 11 sentyabr 2001-ci ildən ABŞ-də baş verən terror hücumları haqqında bir məqaləyə yönəldir. Eyni zamanda, bu problem yalnız şirkətlərin paylaşımını deyil, Prezident Trampın arxivləşdirilmiş paylaşımlarını da əhatə edir. "New York Post" qəzetinin məlumatına görə, Trampın təxminən 20 köhnə mesajı, istifadəçiləri üçüncü tərəf səhifələrinə yönləndirməkdədir. Bu hadisələr, hakerlərin köhnə "Bitly" linklərini yenidən istifadə edərək təqdim edə biləcəyi dəyişdirilmiş ünvanların altını çəkir. "Burger King" dəyişdirilmiş linkə malik bir paylaşımını silmək qərarına gəlib. "McDonald's" isə bu məsələyə dair heç bir şərh verməyib, ancaq onların da oxşar bir paylaşım silinib.