NASA yeni kosmik sərhədin astanasında - İki gün sonra tarixi an yaşanacaq

Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir.
NASA-nın "Voyager-1" ulduzlararası kosmik zondu, orbitə buraxıldığı dövrdən bəri Yerdən digər bütün kosmik aparatlardan daha uzaq məsafəyə gedib. Noyabrın 18-də bu zond, Yerdən bir işıq günü məsafəsi olan 26 milyard kilometrə yaxın bir məsafəyə çatmış olacaq.
1977-ci ilin sentyabrında kosmosa buraxılan "Voyager-1", Yupiter, Saturn və onların peykləri haqqında əhəmiyyətli məlumatlar əldə edərək Yerə göndərib. Bu zond, eyni zamanda heliosferin sərhədini keçən ilk kosmik aparat olaraq da xüsusi əhəmiyyət kəsb edir.
“Voyager-1”, 2012-ci ilin avqust ayında heliosferin sərhədinə çatdı. Onun əkiz aparatı "Voyager-2" isə fərqli bir trayektoriya üzrə, Uran və Neptunu tədqiq etmək məqsədilə buraxılmışdır. Lakin "Voyager-1" bir neçə ay sonra əkizini geridə qoyaraq daha uzaq məsafələrə ulaşmışdır.
Bu tarixi an, kosmik tədqiqatlar üçün yeni bir mərhələ və insanlıq tarixində mühüm bir nailiyyət olaraq qiymətləndirilir. Uzun illər boyu əldə edilən məlumatlar, gələcək kosmik missiyalar üçün də əhəmiyyətini qoruyacaq.