Macarıstanda meşədə tapılan milyonlarla dollar və avronun kimə məxsus olduğu bilinmir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Macarıstanın hüquq-mühafizə orqanları, meşədə və müxtəlif gizli yerlərdə tapılan 1,2 milyon dollar, 2,6 milyon avrodan çox və 5 milyard forintin (13,7 milyon avro) kimə məxsus olduğunu hələ təsdiqləyə bilmir. Bu pulların tapılması ciddi müzakirələrə səbəb olub.
Milli Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsinin rəhbəri Anna Ungerin açıqlayıb ki, pulların üzərində sahibini müəyyənləşdirməyə imkan verən heç bir nişan yoxdur. Maraqlıdır ki, vəsaitlərin bir hissəsi hətta quş yemliyində gizlədilib.
Baş nazir Peter Magyar isə iddia edir ki, aşkarlanan pullar keçmiş milli inkişaf naziri Mikloş Şestaka məxsusdur. Müxalif “FİDES” partiyası isə bu iddianı sübut etməyi və əks halda baş nazirin istefasını tələb edir.
Məlumatlara görə, Şestak dövlət sifarişlərinin bölüşdürülməsi ilə bağlı yeddi epizod üzrə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Macarıstanda yaşanan bu hadisələr, ölkədə siyasi gərginliyi artırıb.