ABŞ-də bütün uçuşlar bir marşrutlaşdırıcıdakı nasazlığa görə dayandırılıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ aviasiya orqanları, ölkə üzrə hava nəqliyyatının beş saat ərzində dayanmasına səbəb olan uçuşların idarə edilməsi sistemindəki nasazlığın səbəbini müəyyənləşdiriblər. Problemin mərkəzi Cənubi Arkanzasdakı uçuşların idarə edilməsi mərkəzində yerləşən marşrutlaşdırıcıda baş verdiyi bildirilir.
Nasazlıq nəticəsində, pilotlarla dispetçerlər arasında rabitə kəsilib, bu da uçuşların idarə edilməsində böyük çətinliklər yaradıb. ABŞ-da fəaliyyətdə olan 22 uçuşların idarə edilməsi mərkəzinə xidmət edən 60 marşrutlaşdırıcıdan biri bu cür nasazlıqla üzləşib. Avadanlığın xidməti isə L3Harris müdafiə şirkəti tərəfindən təmin edilir.
Məsələnin, avadanlığın quraşdırılması zamanı baş vermiş səhvlərlə və ya marşrutlaşdırıcının özündəki nasazlıqla bağlı olduğu hələ də dəqiq məlum deyil. Gözlənilir ki, sistemin modernləşdirilməsi başa çatanadək oxşar problemlər yenidən ortaya çıxa bilər. Qeyd olunur ki, köhnəlmiş mis kabellər fiber-optik xətlərlə əvəz edilməyib və problem yaradan marşrutlaşdırıcının dəyişdirilməsi isə 20 il öncə planlaşdırılmışdı.
Bununla yanaşı, Konqresin son onilliklər ərzində sektora kifayət qədər maliyyə vəsaiti ayırmadığı da vurğulanır. “Financial Times”ın bildirdiyinə görə, “illərlə davam edən siyasi oyunlar və etinasızlıq” nəticəsində ABŞ-nin uçuşların idarə edilməsi sistemi ciddi şəkildə zəifləyib.